4 Oktyabr 2016 11:25
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda vergi müfəttişliyinin nümayəndəsi İran vətəndaşını oğurlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı istintaq komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Mayakovsk kəndində baş verib: "Vergi müfəttişliyinin nümayəndəsi naməlum səbəbdən iranlını avtomobilinə əyləşdirib. İranlının dostu hadisə ilə bağlı polisə şikayət edib. Polis dərhal bölgədəki vergi müfəttişi ilə əlaqə saxlayıb. Bundan sonra qaçırılan iranlı azad edilib. İlkin dindirilmə zamanı İran vətəndaşı avtomobildə olarkən, erməninin onu ölümlə hədələdiyini deyib".

Faktla bağlı araşdırma aparılır.

Elvin


Müəllif:

Oxşar xəbərlər