Suriya məsələsi ilə bağlı ABŞ-Rusiya münasibətlərinin gərginləşdiyi vaxtda Vaşinqton yeni iddia ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın yüksək rütbəli hərbçiləri Rusiyanın Suriyaya ilk dəfə SA-23 Qladiator (S-300VM) tipli müasirləşdirilmiş raket əleyhinə müdafiə sistemi yerləşdirdiyini açıqlayıblar.
İngiltərənin "The Mirror" qəzetinin iddiasına görə isə, Rusiya Qərbin nüvə hücumlarından qorunmaq üçün hazırlıq görməyə başlayıb.
"Anadolu" agentliyinin yaydığı məlumatda bildirilir ki, ABŞ-ın "Fox News" telekanlına açıqlama verən yüksək rütbəli hərbçi SA-23 Qladiator kimi tanınan ballistik raketlərdən müdafiə sistemi ötən həfətinin sonunda Suriyanın Tartus Limanına çatdırılıb.
Açıqlamada S-300VM sisteminin ilk dəfə Rusiya sərhədlərindən kənarda yerləşdirildiyi bildirilib.
Yeni raket sisteminin məqsədi məlum deyil.
"The Mirror" qəzeti yeni raket sisteminin Suriyaya gətirilməsinin səbəbi ilə bağlı heç bir məlumat dərc etməyib. Bəziləri isə bu raketləri ABŞ-ın "Cruise" raketlərinin hücumlarından müdafiə məqsədi daşıdığını iddia edirlər.
İngilis nəşri daha bir iddia ilə çıxış edib. Onların fikrincə, ABŞ Suriyadakı fəaliyyətlərinə görə Rusiyaya yönəlik hücumlara başlamaq niyyətindədir. "The Mirror"un məlumatına görə, hücum olacağı təqdirdə Moskvanın 12 milyon əhalini saxlaya biləcək xüsusi sığınacağları var.
Rusiyanın "Zvezda" telekanalı ötən həftə “Amerikalı şizofreniklər, Moskva üçün nüvə silahları inkişaf etdirir” başlıqlı xəbər yayımlamışdı.
Rusiya və ABŞ dünən Suriya məsələsində əməkdaşlığı dayandırdığını açıqlayıb.
Samir