4 Oktyabr 2016 16:34
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ Suriya məsələsi ilə bağlı Rusiya qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdı".

Teleqraf.com "RİA Novosit" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, bu öhdəliklərə müxaliflərlə terrorçuları ayırd etmək və Kastello-Hələb yolunu bağlamaq daxil idi: "ABŞ daxili ziddiyyətlər üzündən öz öhdəliklərini yerinə yetirməyə qadir deyil. Kastello yolunun qapadılması humanitar yardımların Hələbə çatdırılmasını asanlaşdıracaqdı".

Lavrov əlavə edib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə çalışacaq: "Bu Suriyaya Beynəlxalq Dəstək Qrupunun işində həlledici rol oynaya bilər".

Samir


Müəllif:

Oxşar xəbərlər