Əfqanıstanın Kabil şəhərində hökumət nümayəndələrini aparan avtobus partladılıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı yerli "Tolo" telekanalı məlumat yayıb. Məlumatlara görə, hadisə Taliban terrorçuları tərəfindən törədilib.
Hücum zamanı çox sayda insanın həlak olduğu bildirilib. Onların dəqiq sayı və ölənlər arasında əfqan rəsmilərindən kimlərin olması ilə bağlı hələlik məlumat verilmir.
Elvin