1 İyul 2014 00:35
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Prezident Vladimir Putinin atəşkəs dövründə sərhədlərin birgə qorunması barədə Ukrayna dövlət başçısı Pyotr Poroşenkoya təklif etdiyini dilə gətirib.

Publika.az-ın Rusiyanın "Rusian Today" telekanalına istinadən xəbərinə görə, o, tez bir zamanda iki ölkənin sərhəd qurumlarının bu təklif ətrafında danışıqlara başlayacağına ümid etdiyini vurğulayıb. Rusiya baş diplomatı həmçinin şəffavlığın təminatı, habelə sərhəd-keçid məntəqələrindən qeyri-qanuni məqsədlər üçün istifadə olunmasının qarşısının alınması baxımından ATƏT-in 55 müşahidəçisinə şərait yaratmağa hazır olduqlarını bildirib.


Müəllif: