Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni baş katibinin adı açıqlanıb.
Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, Təhlükəsizlik Şurasının üzvləri Portuqaliyanın keçmiş baş naziri Antoniu Quttereşin namizədliyini dəstəkləyiblər.
Oktyabrın 6-da keçiriləcək səsvermədə Antoniu Quttereşin BMT baş katibi postuna seçilməsi olduqca realdır. O, seçilərsə işinə 2017-ci il yanvarın 1-də başlayacaq.