5 Oktyabr 2016 22:42
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin ölkənin ən yaxşı müəllimləri ilə görüşü zamanı əmək haqqı barədə sualı çaşqınlıq yaradıb.

Teleqraf.com oxu.az-a istinadən xəbər verir ki, ilin müəllimi adına layiq görülən Aleksandr Şaqalov dövlət başçısının sualını cavablandırmaqda çətinlik çəkib. O Putinin sualına birbaşa cavab verməkdən çəkinib:

“Maaşlar müxtəlif olur, bu mənim və şagirdlərimin nailiyyətlərindən asılıdır. Orta aylıq əmək haqqı 25-30 min rubl arasında olur”.

Vladimir Putin isə onun cavabını belə şərh edib: “Aleksandr Mixayloviç, mən axı sizdən əl çəkməyəcəyəm. Ən yaxşısı mənə nə qədər maaş aldığınızı deyin”.

Nəticədə rus dili və ədəbiyyat müəllimi olan Şaqalov ötən il 27 min rubl maaş aldığını söyləyib.

Rusiya prezidenti isə qeyd edib ki, bu məbləğ müəllimlərin orta əmək haqqından (Rusiyada 2015-ci ildə 32,5 min rubl) aşağıdır.


Müəllif:

Oxşar xəbərlər