ABŞ-da hökm sürən Metyu qasırğası səbəbindən ölkənin 4 ştatında fövqəladə vəziyyət elan edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Florida, Corciya, Cənubi Korolina və Şimali Korolina ştatlarında insanların təhlükəsiz ərazilərə təxliyyəsi başlanıb.
Metyu qasırğası bugünə qədər Kubada 6, Dominikan və Haitidə isə 5 nəfərin ölümünə səbəb olub.
Bu arada, ABŞ prezidenti Barak Obama da Floridaya səfərini təxirə salıb və Fövqəladə Hallar İdarəsinin təcili iclasını çağırıb.
Samir