Portuqaliyanın sabiq baş naziri Antonio Quterres BMT-nin növbəti baş katibi olmağa hazırlaşır.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin məlumat verib.
Onun sözlərinə görə, 67 yaşlı Quterres aşkar favoritdir: "Bizim aşkar favoritimiz var və onun adı Antonio Quterresdir. Quterres BMT-nin Qaçqınlar Komitəsinə 10 ilə yaxındır rəhbərlik edir".
Quterresin namizədliyinin BMT Baş Assembleyasında təsdiqlənməsi üçün formal səsvermə cümə axşamı baş tutacaq. 2017-ci ilin yanvarında Pan Gi Mun 10 illik rəhbərlikdən sonra vəzifəsindən gedəcək.
Bu arada, BMT-nin hazırki baş katibi Pan Gi Mun Cənubi Koreyada gələn il keçiriləcək prezident seçkilәrindә namizədliyini irәli sürәcәk. Bununla bağlı Cənubi Koreyanın sabiq Baş naziri Kim Yong-pil açıqlama verib.
Samir