6 Oktyabr 2016 14:25
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bağdad hökuməti Türkiyəyə qarşı daha bir qalmaqallı qərar verib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı İraq dövlət televiziyası məlumat yayıb.

Məlumatlda bildirilib ki, İraq Xarici İşlər Nazirliyi Türk əsgərlərinin İraqdakı varlığını "işğal" kimi qiymətləndirib və BMT Təhlükəsizlik Şurasının təcili toplantısının təşkili ilə bağlı çağırış edib.

Qeyd edək ki, dünən İraq parlamenti Mosul yaxınlığındakı Başika hərbi düşərgəsinin qapadılması ilə bağlı qərar qəbul edib. Qərarda İraq hökumətindən məsələ ilə bağlı narahatlığı Türkiyə nümayəndəsinə çatdırması, BMT və Ərəb Birliyinin İraqdakı türk hərbi varlığını qınamasını ilə bağlı çağırış etməsi, Türkiyə ilə münasibətləri yenidən nəzərdən keçirməsi tələb olunub.

Samir


Müəllif:

Oxşar xəbərlər