"Türk əsgərləri İraqı tərk etməyəcək".
Teleqraf.com "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib: "İraqda 63 ölkədən əsgərlər var. İraqın Türkiyənin bu ölkədəki hərbi varlığına etirazı doğru addım deyil. Türk əsgərləri orada qalacaq".
Onun sözlərinə görə, Türkiyə Mosul məsələsində danışıqları davam etdirəcək: "Miqrantlar Türkiyəyə üz tutdu. Biz onlara qucaq açdıq. Biz bizə yaraşanı etdik. İŞİD ilə mübarizə əsas vəzifəmizdir. Bunun üçün Suriyada Fərat Qalxanı Hərəkatını başladıq. Cerablusda əvvəl 200 dinc sakin yaşayırdı, hazırda 2-2,5 min dinc sakin yaşayır. Məktəblər açıldı. Suriyada həyatın normallaşması üçün danışıqları davam etdiririk.
Eləcə də, bu, Mosul əməliyyatlarına aiddir. ABŞ, İran və İraqla danışıqlar aparırıq. Bu çox həssas mövzudur. Təbii ki, əsas məqsədimiz bölgəni İŞİD-dən təmizləməkdir. Türkiyə İraqdakı hərbi varlığını geri çəkmək niyyətində deyil. Bizim burada olub-olmayacağımıza qərar vermək İraq hökumətinin həddində deyil. Terrorla mübarizədə yeni səhifə açmışıq. Terrorçular nə türkləri, nə də kürdləri təmsil edir. Bu mübarizədə qələbə xalqın olacaq".
Samir