6 Oktyabr 2016 15:40
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı və Moskva terrorçuluqla mübarizədə səylərinin əlaqələndirilməsi üçün gündəlik işlər aparır".

Teleqraf.com xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib:

"Bizim xüsusi xidmət orqanları və daxili işlər nazirlikləri arasında çox yaxşı qarşılıqlı fəaliyyət mövcuddur. Bu yaxınlarda Bakıda MDB ölkələrinin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbərlərinin iclası keçirilib".

Səfirin sözlərinə görə, hazırda yaxın Şərqdə və Avropada baş verən hadisələr iqtisadi böhrana mənfi təsir göstərə, gözlənilməz nəticələrə səbəb ola bilər: "Hər bir ölkə ayrı-ayrılıqda terrorla mübarizəyə davam gətirə bilməyəcək. Terrorçuluq artıq MDB sərhədlərinə kimi gəlib. Qarşılıq fəaliyyət çox vacibdir. Azərbaycan və Rusiya, Azərbaycan və Qazaxıstan arasında belə fəaliyyət mövcuddur. Terrorçuluğun həm fiziki, həm də mənəvi formada səbəblərini aradan qaldırmaq lazımdır".

Samir


Müəllif:

Oxşar xəbərlər