Haitidə hökm sürən "Metyu" qasırğasının qurbanlarının sayı artmaqda davam edir.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində 339 nəfər həlak olub, xeyli sayda insan xəsarət alıb.
Rəsmilər yüzdən çox insanın itkin düşdüyünü iddia edirlər. Bundan başqa, qasırğanın Kuba sahillərinə çatdığı açıqlanıb. Bu ölkədə 1 milyondan çox insan təhlükəsiz ərazilərə köçürülüb.
Samir