7 Oktyabr 2016 13:21
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna prezidenti Petro Poroşenko bu gün Odessanın qubernatoru Mixail Saakaşvilini istefaya göndərəcək”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı İrakli Qoqov deyib.

Onun sözlərinə görə, Saakaşvilini Ukraynanın sabiq energetika naziri İvan Plaçkov əvəz edəcək.

Saakaşvili bu məsələyə Facebook hesabında reaksiya verib: "Arzulamaq zərərli deyil. Bu gün prezident Odessaya səfər edəcək və mən 3 yeni müavinimi ona təqdim edəcəyəm. Onlar Kembric və Prinston universitetlərinin, London iqtisadiyyat məktəbinin tələbələri, ən əsası maraqlı və işgüzar gənclərdir".

Samir


Müəllif:

Oxşar xəbərlər