Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus sərgi mərkəzində partlayıcı qurğu tapılıb.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, qurğu mərkəzdəki tualetə qoyulub. Qurğu mərkəzə qadın çantasında keçirilib.
Polis fakt üzrə araşdırma aparır.
Qeyd edək ki, daha öncə də Ağalarovlara məxsus Krokus Ekspo sərgi mərkəzi və Vegas City Hall ticarət mərkəzinə partlayıcı qurğu qoyulmasına dair polisə məlumatlar daxil olub.