8 Oktyabr 2016 17:39
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İran arasında yenidən gərginlik yaşanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi İranın Yəmənə silah göndərməsi ilə bağlı məlumat yayıb.

Xəbər İran Xarici İşlər Nazirliyi tərəfindən sərt reaksiya ilə qarşılanıb. Nazirliyin sözçüsü Behram kasımi bildirib ki, bu, yalan informasiyadır: "Müharibənin ən kiçik nəticələrinə belə dözməyən ölkələr siyasi oyunlardan uzaq durmadırlar. Məzlum və müdafiəsiz Yəmən xalqına qarşı müharibə aparan və qətliam törədən ölkələr başqa məsələlərdə onları müdafiə edərək, olanları unutdurmağa çalışırlar".

Samir


Müəllif:

Oxşar xəbərlər