Fransa baş naziri Manuel Vals Türkiyənin Avropa İttifaqına üzvlüyünə münasibətdə ikiüzlü siyasətdən əl çəkməyin vacıb olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, Parisdəki bir institutda çıxış edən Vals Türkiyə ilə Avropa İttifaqı arasında müzakirələr barədə danışıb. O qeyd edib ki, Türkiyənin ittifaqa üzvlüyü ilə bağlı ikiüzlü siyasətdən əl çəkib bu mövzuda gerçək bir müzakirənin həyata keçirilməsi lazımdır.
Türkiyənin NATO ölkəsi olduğunu vurğulayan baş nazir üzvlük məsələsində əsas müzakirənin Avropanın hardan başlayıb harda bitdiyini bilmək olduğunu söyləyib.
Səxavət