Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
Teleqraf.com-un "Anadolu" agentliyinə istinadən xəbərinə görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Tərəflər Suriya böhranı ilə bağlı fikir mübadiləsi aparıblar.