10 Oktyabr 2016 15:27
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın iqtisadiyyat naziri Aleksey Ulyukayev türkiyəli həmkarı Nihat Zeybekçi ilə görüşdən sonra jurnalistlər qarşısına çıxıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nazir ilk olaraq, Türkiyə və Rusiya arasında viza rejiminin sadələşdirilməsi məsələsinə aydınlıq gətirib.

Onun sözlərinə görə, Türkiyə vətəndaşları üçün Rusiyaya viza sərbəstliyinin verilməsi hələ ki tezdir: "Bu məsələ bir az qəlizdir. Viza sərbəstliyinin verilməməsi türkiyədəki terror aktları ilə bağlıdır. Bu riskin öz torpaqlarımıza keçməsini istəmirik. Müzakirələrimiz davam edir. Güman edirəm ki, ən yaxın zamanda bu məsələ də öz həllini tapacaq".

Ulukayev rusiyalı tursitlərin Türkiyədəki ödənişlərini rubl ilə həyata keçirə bilməsi üçün banklara xüsusi tapşırıqların veriləcəyini deyib. O bildirib ki, qida embarqosu da ilin sonunadək yavaş-yavaş aradan qalxacaq".

Samir


Müəllif:

Oxşar xəbərlər