11 Oktyabr 2016 01:10
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

"OPEC-in noyabr ayına nəzərdə tutulmuş iclasınadək quruma daxil olmayan ölkələrlə məsləhətləşmələrdə irəliləyişə nail olmaq mümkündür."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu OPEC-in Baş katibi Məhəmməd Barkindo deyib.
O, suallara cavab verərkən bildirib: "Hesab edirəm ki, vəziyyət müsbətə doğru dəyişib və biz noyabrın 30-da gözlənilən OPEC kohfransınadək diskussiyalarda irəliləyə bilərik."

"Rusiyadan başqa, hansı OPEC-dən kənar ölkə oktyabrın 12-də neft hasil edən ölkələrin görüşündə iştirak edəcək?" sualına cavab verən M.Barkində vurğulayıb: "Bizə deyiblər ki, Azərbaycan və Meksika iştirak edəcək".


Müəllif:

Oxşar xəbərlər