11 Oktyabr 2016 15:59
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və oğlu Bilal Ərdoğanın şikayəti ilə barəsində istintaq başlanan CHP lideri Kamal Kılıçdaroğlu həbs oluna bilər.

Teleqraf.com "Habertürk" qəzetinə istinadən xəbər verir ki, Kılıçdaroğluna qarşı "KİV vasitəsi ilə təhqir" maddəsi ilə ittiham irəli sürülüb.

Məlumatlara görə, Kılıçdaroğlu 2014-cü il avqustun 5-də, yəni ölkədə prezident seçkilərinə 5 gün qalmış İstanbul hava limanında jurnalistlərə açıqlamasında o zaman baş nazir olan Ərdoğan və oğlunu təhqir edib.

Rəcəb Tayyib Ərdoğan öz şikayətini geri götürsə də, Bilal bunu etməyib və Kılıçdaroğlunun həbsini tələb edib. Məsələ ilə bağlı araşdırmaların davam etdiyi, günahı sübuta yetirilərsə, Kılıçdaroğlunu 4 aydan 20 ayadək həbs cəzası gözlədiyi bildirilib.

Samir


Müəllif: