Rusiya prezidenti Vladimir Putin oktyabrın 14-də İrəvana səfər edəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, burada Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.
İclasda şuraya üzv ölkələrin ərazilərindəki vəziyyət, kollektiv təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsi işlərinin təşkili və beynəlxalq terrorçuluqla mübarizə məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, Putinlə yanaşı, iclasda Ermənistan, Belarus, Qırğızıstan, Qazaxıstan və Tacikistan prezidentlərinin də iştirakı planlaşdırılır.
Samir