12 Oktyabr 2016 00:22
593

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidentliyinə namizəd Hillari Klintonun PKK-nın Suriya qolu olan PYD-yə silah tədarükünün vacibliyinə dair bəyanatına sərt reaksiya verib.

Teleqraf.com Anadolu agentliyinə istinadla xəbər verir ki, Çavuşoğlu Klintonun açıqlamasını "terrorizmə dəstək" adlandırıb.

Qeyd edək ki, Klinton PYD terrorçularını "ABŞ-ın yaxın dostları" adlandırıb və onların silahlandırılmasına dəstək verəcəyini qeyd edib.


Müəllif: