12 Oktyabr 2016 12:32
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Әfqanıstanın paytaxtı Kabildə naməlum silahlılar ziyarətgaha hücum ediblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 1-i polis olmaqla 14 nəfər həyatını itirib, 36 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

"Taliban" terror təşkilatı isə hücumla əlaqəsinin olmadığını açıqlayıb.

Samir


Müəllif: