Azərbaycanlı avtoritet Rövşən Lənkəranskiyə ölüm hökmü verən, kriminal aləmdə "Şakro Molodoy" kimi tanınan Zaxariya Kalaşovun istintaqı ilə bağlı yeni məlumatlar yayılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, iyulun 17-də həbs olunan Kalaşovun cinayət işi üzrə sənədlər yoxa çıxıb. Məsələ ilə bağlı Rusiya tərəfi heç bir açıqlama verməyib.
Kremlin sözçüsü Dmirti Peskov jurnalistlərin bununla bağlı sualını cavabsız qoyub: "Mən düşünmürəm ki, bu suala Kreml Administrasiyası cavab verməlidir". Peskov Prezident Administrasiyasının bəzi əməkdaşlarının Kalaşovla əlaqəsi ilə bağlı araşdırmaların aparılmadığını da əlavə edib.
Qeyd edək ki, Aslan Usoyanın (“Ded Xasan”) varisi ötən il dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən “Elements” restoranında baş verən atışma ilə bağlı saxlanılıb.
Elvin