Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olan və olmayan ölkələr bu gün İstanbulda görüşəcəklər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, görüş zamanı qlobal neft hasilatını ən azı altı ay müddətinə dondurmaq məsələsi müzakirə olunacaq.
Toplantı ilə bağlı açıqlama verən Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih OPEC-dən kənar bir çox ölkələrin hasilatın dondurulmasında maraqlı olduğunu bildirib. Bundan başqa, Rusiya da verilən qərarı dəstəkləyəcəyini bildirib.
Samir