"ABŞ-da fəaliyyət göstərən Fətullahçı terror təşkilatına (FETÖ) aid məktəblər qapadılacaq".
Telqraf.com xəbər verir ki, bununla bağlı ABŞ-ın "Los Angeles Times" nəşri məlumat yayıb.
Məlumatda bildirilib ki, Los Ancelesdə FETÖ ilə bağlı olan Magnolia məktəblərinə aid 3 mərkəz Türkiyədən çox sayda müəllim gətirilməsi səbəbindən bağlanacaq: "Bu 3 məktəblə bağlanmış 5 illik müqavilə yaxın günlərdə başa çatacaq. Razılaşmanın yenilənmənməsini tələb edən Reseda Maqnoliya Elmlər Akademiyası dünən Los Ancelesdə toplantı təşkil edib. Toplantıda yeni tələblərin irəli sürüldüyü razılaşmanın rədd edilməsi ilə bağlı qərar qəbul edilib. Yeni tələblərdə Türkiyədən gələn müəllimlərin sayının artırılması xüsusilə diqqət cəlb edib. Son qərar isə oktyabrın 14-də veriləcək".
Samir