13 Oktyabr 2016 15:52
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq hökuməti Başika hərb düşərgəsindən türk əsgərlərin çıxarılması tələbi ilə Türkiyəyə nota verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla əlaqədar Türkiyənin Bağdaddakı səfiri Faruk Kaymakçı İraq Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

Qeyd edək ki, Türkiyə oktyabrın 20-dən etibarən Mosul əməliyyatlarına başlayacağını açıqlayıb. İraq hökuməti isə buna sərt reaksiya göstərib və türk əsgərlərin ölkədən çıxırılmasını tələb edib. Bununla əlaqədar Bağdad rəhbərliyi Başika hərbi bazasını qapadıb. İraq Baş naziri Heydər Əl-İbadi Türkiyə prezidentini təhqir edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İbadini qınayıb və olayla əlaqədar Türkiyə İraqa nota göndərib. Ərdoğan bildirib ki, Ankara Mosul əməliyyatlarından geri çəkilməyəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər