Qırğızıstanın keçmiş prezidenti Qurbanbəy Bakiyevin həyat yoldaşı Nazgül Tolomuşova "Otel Minsk"ə rəhbər təyin edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qurum rəsmən Belarusiya prezidentinin işlər idarəsinə tabedir.
2005-2010-cu illərdə Qırğızıstana rəhbərlik edən, daha sonra ölkədən qaçmağa məcbur olan Qurbanbəy Bakiyev hazırda Belarusiya vətəndaşıdır. Sabiq rəhbərə, gənc həyat yoldaşına və uşaqlarına vətəndaşlıq Belarusiya prezidenti Aleksandr Lukaşenkonun təşəbbüsü ilə verilib.
Bakiyevin Tatyana adlı birinci arvadı rus olub. Prezidentin ölkədən qaçışından sonra Nazgül Tolomuşova müsahibə verərək 1995-ci ildən Qurbanbəy Bakiyevlə qeyri-rəsmi yaşadığını və iki övladlarının olduğunu deyib.
MAHİR