15 Oktyabr 2016 21:19
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

WikiLeaks portalı Bill Klinton Fondunun yazışmalarını açıqlayıb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, yazışmalardan Qətər hökumətinin ABŞ-ın keçmiş prezidentinə 1 milyon dollar hədiyyə etmək istədiyi aydın olur. Fox News bu olayın yalnız "aysberqin görünən tərəfi olduğu"nu bildirib.

Yazışmalardan aydın olur ki, Qətər rəhbərliyi 2011-ci ildə Klintonun ad gününə hədiyyə kimi 1 milyon dollar vəd edib. Sonradan 1 milyon dollarlıq çekin çatdırılması üçün Nyu-Yorkda görüş istənilib.

WikiLeaks bu barədə məktubun 2012-ci ildə yazıldığını və Fondun yüksək səlahiyyətli nümayəndəsinə ünvanlandığı açıqlayıb

WikiLeaks hələlik yazışmaların 20 %-ni açıqlayıb. Sonradan daha ciddi məlumatların açıqlana biləcəyi bildirilir.

ABŞ prezidentliyinə namizəd Donald Tramp isə öz növbəsində Klinton Fondunu "siyasət tarixində ən korrupsiyalaşmış təşkilat" adlandırıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər