Türkiyə Silahlı Qüvvələri tərəfindən dəstəklənən Azad Suriya Ordusu Dabık kəndi və Soranı İŞİD-dən geri alıb.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Suriyanın şimalında İŞİD üçün simvolik əhəmiyyər daşıyan Dabık terrorçulardan tamamilə təmizlənib.
Hazırda müxaliflər ərazini İŞİD-in basdırdığı minalardan təmizləyir.
Türkiyə Silahlı Qüvvələri Dabıkın alınması ilə Fırat Qalxanı Hərəkatı çərçiəsində ən çətin mərhələnin arxada qaldığını, əməliyyatların davam etdiriləcəyini bildirib.
Nihad