Oxşar xəbərlər
Avropa Parlamentinin (AP) Sosialistlər fraksiyasının lideri alman Martin Şults yenidən AP-nin sədri seçilib.
M.Şultsun namizədliyini AP-nin Strasburqdakı birinci sessiyasında parlament üzvlərinin əksəriyyəti dəstəkləyib.
Avropa Parlamentinin iri fraksiyaları - Avropa Xalq Partiyası (AXP), sosialistlər və liberallar parlament koalisiyası yaratmaq qərarına gəldiyinə görə səsvermə formal xarakter daşıyırdı. AXP və liberallar sədrlik postuna namizəd irəli sürmədi. 751 səsdən 412-si adıçəkilən üç siyasi qrupa aiddir.
M.Şults önümüzdəki 2 il yarım müddətində Avropa Parlamentinə rəhbərlik edəcək./trend/