Rusiya prezidenti Vladimir Putin Suriyanın Hələb şəhəri ilə İraqın Mosul şəhəri arasında oxşarlıq görür.
Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, Putin Türkiyənin Mosuldakı hərbi əməliyyatları ilə bağlı ABŞ və Fransanın həssas davranacağına ümid etdiyini bildirib:
“ABŞ və Fransadakı tərfdaşlarımızın Mosulda dinc əhali arasında itkiləri ən aza endirməyi, ya da itkilərin heç olmaması üçün əllərindən gələni edəcəklərinə ümid edirik”.
Putin onu da deyib ki, terrorla mübarizə vacibdir, bunun başqa yolu yoxdur.