17 Oktyabr 2016 12:39
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Mosul əməliyyatını yaxından izləyir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ötən həftə keçirilən təhlükəsizlik şurasının iclasında Mosul əməliyyatı ilə bağlın hərbi, siyasi, təhlükəsizlik məsələləri müzakirə edilib və əsas strategiya müəyyənləşdirilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, toplantıda həmçinin, Ərdoğanın hazırladığı alternativ planlar məlum olub. Türkiyə əməliyyatda beynəlxlaq koalisiya ilə birlikdə hərəkət etmək qərarını dəstəkləsə də, "B planı"nı hazırlayıb. Bu plana əsasən, Ankara Ərbil rəhbərliyi ilə birlikdə hərəkət edəcək. Peşmərgə qüvvələrinin Hazer hərbi bazasındakı 10 min nəfərlik qüvvələri Başikadakı Türkiyənin təlim keçdiyi ordu ilə birlikdə İŞİD terror təşkilatına qarşı döyüşəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər