İraq Kürd Mutariyyətinin lideri Məsud Bərzani Mosuldakı hərbi əməliyyatlarla bağlı mətbuat konfransı keçirib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Bərzani Mosulda mərkəzi hərbi güclərin böyük uğurlar əldə etdiyini, 200 kvadrat kilometrlik ərazinin İŞİD-dən təmizləndiyini bildirib.
Bərzani bildirib ki, peşmərgə hərbi qüvvələri əməliyyatların önündə gedir və xarici güclər vədlərinə sadiq qalaraq onlara yardım etməlidirlər.