1 İyul 2014 17:48
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Ukraynanın təbii qazın qiymətinin aşağı salınması ilə bağlı tələbini şantaj adlandırıb.

Putin bildirib ki, Ukrayna əvvəlki kimi nəql olunan qazın pulunu sonradan ödəməyəcək. Ukraynaya əvvəlcədən ödənilən pulun dəyəri qədər təbii qaz nəql ediləcək.

Putin həmçinin qeyd edib ki, qərbi Avropadan Ukraynaya qaz nəql edilmir və edilə də bilməz.

“Nə qədər ki, pul ödəmirlər, təbii qaz nəql etməyəcəyik. Dediklərinə görə, Avropadan təbii qaz göndərilir. Biz çox yaxşı bilirik ki, Avropadan Ukrayna təbii qaz nəql olunmur”, deyə Rusiya prezidenti bildirib./anspress/


Müəllif: