ABŞ Federal Ehtiyatlar Sistemi (FES) sədrinin müavini Stenli Fişer aşağı olan faizlərlə bağlı xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, Fişer Nyu York İqtisadiyyat Klubunda çıxışı zamanı kredit faizlərinin uzun müddət aşağı olmasının mənfi təsirlərinin olacağını bildirib.
Kredit faizlərinin uzun müddət aşağı olmasının iqtisadiyyatın inkişafına olan gözləntiləri azaltdığını və aşağı faiz nisbətlərinin iqtisadiyyatı mənfi duruma qarşı müdafiəsiz buraxdığını qeyd edib.
Fişer iqtisadi resesyonla mübarizə aparmaq üçün FES-in gücünün məhdud olduğunu vurğulayıb.