330-dən çox məhbus San-Paolo ştatının Franku-da-Roşa yaşayış məntəqəsində yerləşən həbsxanadan qaçıb.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, məhbuslar penitensiar müəssisədə yanğın törətməklə qaçmağa müvəffəq olublar. Qaçmış məhbuslardan əksəriyyətinin həbsxananın psixi xəstəxanasında müalicə aldıqları bildirilir. Polis dünən gecədən bəri 18 məhbusu yaxalaya bilib.