18 Oktyabr 2016 13:03
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Mosul şəhərinin azad edilməsi üçün keçirilən əməliyyatların ikinci günündə şiddətli atışmalar yaşanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, peşmərgə qüvvələri, İraq ordusu, Haşdi Şabi birləşməsi, türk əsgərlərin təlim keçidiyi Neynəva mühafizəkarları və ABŞ-a sadiq bölmələr ölkənin şimalında yerləşən və təxminən 2 milyon insanın yaşadığı Mosul şəhərinə 5 istiqamətdən hücuma keçiblər.

Məlumatlara görə, hücum zamanı 13 kənd və 200 kilometrlik bölgə İŞİD terrorçularından tamamilə təmizlənib: "Cənub-şərq cəbhəsindən edilən hücum zamanı əl-Kayyara qəsəbəsi İraq ordusunun nəzarətinə keçib. Döyüşlərdə İraq ordusuna Haşdi Şabi qruplaşması yaxından dəstək verib. Burada yerləşən əl-Kayyara hərbi hava bazası beynəlxalq koalisiya tərəfindən döyüşə hazırlıqlı vəziyyətə gətirilib. Bu, əməliyyat zamanı bazadan qalxan təyyarələr İraq ordusuna dəstək verib və İŞİD mövqelərini bombalayıb.

Peşmərgə qüvvələri şərq cəbhəsindən hücuma keçib. Peşmərgə qüvvələrinin əsas məqsədi Mosuldan 10 kilometr aralıda yerləşən Həmdaniyə bölgəsini və Berttılla qəsəbəsini azad etməkdir. Onların hücuma keçdiyi Hazır cəbhəsi Mosuldan 30 kilometr məsafədə yerləşir.

İraq ordusu isə bu cəbhədən hücuma keçməklə Guver-Mosul yolunu nəzarət altına almaq və şəhərə gediş-gəlişi məhdudlaşdırmağa çalışır.

Şimal-şərq bölgəsindən türk əsgərlərin Başika düşərgəsində təlim keçdiyi Neynəva mühafizəkarları hücuma keçib. 3500 döyüşçünün əsas hədəfi Başika qəsəbəsini azad etmək və Gogcelil bölgəsinə yönəlməkdir.

Şimalk bölgəsində də əsas qüvvələr peşmərgədən ibarətdir. Onlarla yanaşı burada İraq ordusunun xüsusi qüvvələri də yerləşib. Onlar birgə əməliyyatla Mosul şəhərinin şimal bölgəsinə hücumlar təşkil edəcək.

Şimal-qərb bölgəsində peşmərgə qüvvələri təkbaşına hücuma keçib. Onlar Kesek və Naveran cəbhələrində İŞİD terrorçuları ilə döyüşür".

Samir


Müəllif:

Oxşar xəbərlər