Hindistanın Odişa əyalətində yerləşən özəl xəstəxanalardan birində dəhşətli yanğın baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 23 nəfər həlak olub, 106 nəfər yaralanıb.
Rəsmilər yaralıların əksəriyyətinin vəziyyətinin ağır olması səbəbindən ölü sayının artacağını istisna etmirlər. Hadisənin baş vermə səbəbləri məlum deyil. İlkin ehtimallara görə, yanğın qısa qapanma nəticəsində meydana gəlib.
Samir