Moskva və Pekin daimi raket əleyhinə birgə hərbi təlimlərə start verir.
Teleqraf.com-un məlumatına görə, bu barədə Rusiyanın "İzvestiya" qəzeti Çin Xarici İşlər Nazirliyinə istinadla xəbər yayıb.
İki ölkə birgə hərbi təlim keçirməklə bağlı qərarı iki 2011-ci ildə verib, amma qərarın icrasına indi başlanır.
Bu ilin mayında Rusiya və Çin ilk dəfə raketdən müdafiə sahəsində kompüter üzrə komanda-qərargah təlimlərini uğurla başa vurduqdan sonra müntəzəm təlim keçmək məsələsi gündəmə gəlib.
Geniş miqyaslı hərbi təlimlərin üçüncü ölkəyə qarşı yönəlmədyi bildirilir.
MAHİR