Rusiya prezidenti Vladimir Putin ilə ukraynalı həmkarı Petro Poroşenko arasında Berlində təkbətək görüşün keçirilməsi istisna edilmir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Putinin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, hələlik bununla bağlı son qərar verilməyib.
Qeyd edək ki, sabah Berlində "Normand dördülüyü" liderlərinin görüşü keçiriləcək.
Samir