Ukrayna böhranının həlli ilə bağlı Fransa, Rusiya, Urkayna və Almaniya liderləri sabah Berlində bir araya gələcəklər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, görüşlə bağlı bu gün Petro Poroşenko, Fransua Olland və Angela Merkel arasında telefon danışığı olub. Liderlər Ukraynanın şərqindəki son durumu müzakirə ediblər.
Kremldən verilən məlumata görə, Vladimir Putin də görüşdə iştirak etmək üçün sabah Berlinə yola düşəcək. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb: "Rusiya dəfələrlə qeyd edib ki, Minsk öhdəliklərinin yerinə yetirilməsi çox vacibdir. Ancaq Kiyev buna əməl etmir. Bütün bunlara baxmayaraq, Putin danışıqlara hər zaman hazırdır".
Peskov əlavə edib ki, görüşdə Suriya böhranı müzakirə edilməcəyək.
Samir