"Suriyanın şimalındakı Dabık qəsəbəsinin İŞİD terrorçularından azad edilməsi üçün Türkiyə və suriyalı müxaliflər tərəfindən aparılan əməliyyatlarda qazanılan uğurları alqışlayırıq".
Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Peter Kuk deyib.
Onun sözlərinə görə, Dabık xalqı qısa müddətdə öz yurduna geri dönəcək.
Qeyd edək ki, Türkiyə ordusu Fərat Qalxanı Hərəkatı çərçivəsində Dabık da daxil olmaqla 6 kənd və qəsəbəni İŞİD terrorçularından tamamilə təmizləyib.
Samir