İranda üç nazir istefa verib.
Teleqraf.com-un məlumatına görə, bu haqda İranın yerli KİV-ləri xəbər yayıb. Mehr agentliyinin yazdığı məlumata görə, təhsil naziri Əli Əsgər Fani, mədəniyyət naziri Əli Cənnəti, habelə idman və gənclər naziri Mahmud Qudarzi öz postunu tərk edib.
İstefanın səbəbləri və başqa təfərrüatlar haqda məlumat verilməyib.
Nərgiz