18 Oktyabr 2016 23:39
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə hakimiyyət qüvvələri ilə husi qiyamçıları arasında 2015-ci ilin martından davam edən silahlı münaqişə nəticəsində 1 163 uşaq ölüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə UNİSEF məlumat yayıb.
İnformasiyaya əsasən, 2015-ci ilin martından davam edən silahlı münaqişə nəticəsində 1 730 uşaq yaralanıb.

Xəbərdə bildirilib ki, 2016-cı ildə bu silahlı münaqişəyə uşaqların cəlb olunması 7 dəfə artaraq, min 200 uşaq təşkil edib. Uşaqlardan silahlı münaqişədə daha çox husi qiyamçıları istifadə edib.

Hesabatda vurğulanır ki, ötən ilki atışmalar nəticəsində 780 məktəbin qismən, yaxud tamamilə dağılması nəticəsində 350 min uşaq məktəbdən yayınıb.

UNİSEF-in məlumatında göstərilib ki, Yəməndə 10 milyona yaxın uşağın təcili humanitar yardıma ehtiyacı var.

BMT bildirib ki, 2015-ci ilin martından indiyədək davam edən atışmalar nəticəsində 10 mindən çox insan həlak olub.


Müəllif:

Oxşar xəbərlər