19 Oktyabr 2016 12:56
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli olan Maqnoliya məktəblərindən Los Ancelesdə yerləşən 3 təhsil müəssisəsi qapadılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Los Angeles təhsil idarəsi Maqnoliya şirkəti ilə müddəti başa çatan müqaviləni yeniləməkdən imtina edib.

Buna səbəb kimi şirkətin irəli sürdüyü yeni şərtlərin qəbuledilməz olması və mətkbələrin maliyyə hesabatlarında aşkarlanmış nöqsanlar göstərilib.

Qeyd edək ki, Maqnoliya şirkətinin baş katibi Ümit Yapanel bir müddət öncə verdiyi açıqlamada Gülənin öyrətdiklərinə inandığını və ondan ilham aldığını bildirmişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər