Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əsəd arasında telefon danışığı olub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusia prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
“Söhbət zamanı Hələb ətrafında və ümumilikdə Suriyadakı vəziyyət müzakirə olunub”, deyə D.Peskov qeyd edib.
Telefon danışığı Berlində keçirilən Ukrayna üzrə “Normand dördlüyü”nün görüşündən əvvəl baş tutub.
Qeyd edək ki, görüş çərçivəsində Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland və Vladimir Putinin Suriyadakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.