İŞİD-çilər Mosulun işğaldan azad edilən kəndlərini intensiv bombalayırlar.
Axar.az xəbər verir ki, bunu İraq ordusunu III Korpus komandanı polkovnik-leytenant Amir Casim deyib.
“Mosul əməliyyatı çərçivəsində 23 kəndi işğaldan azad etməyi öhdəmizə götürmüşük. Nəzarətimizə keçən Kahhara, İbrahim Xəlil və Adle kəndləri müxtəlif vaxtlarda terrorçular tərəfindən atəşə tutulur. Hələlik əməliyyatlara iki günlük fasilə vermişik. Lakin İŞİD-i məhv etməkdə qərarlıyıq”, - Casim bildirib.