1 İyul 2014 23:03
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Donetsk Xalq Respublikası"nın yığma qoşun döyüşçüləri postamentdən Böyük Vətən Müharibəsi vaxtlarından qalan daha bir tankı oğurlayıb.

ANS PRESS-in məlumatına görə, bu haqda “DXR” qərargahından Rusiya mətbuatına açıqlama verilib.

"Drujovka şəhərində dayaqdan T-34 əfsanəvi tankı götürülüb. İndi onu təmir edirlər", - deyə “DXR” nümayəndəsi bildirib.

30 iyunda Konstantinovka şəhərində dayaqdan götürülmüş "İosif Stalin-3" tankı (" İSA-3") Krasnoarmeysk rayonunun Ulyanovka kəndində blokpostu dağıtmışdı. Həmin zaman Ukrayna güc strukturlarının üç nümayəndəsi öldürülmüş, daha üç nəfər yaralanmışdı.

“DXR” döyüşçülərinin Konstantinovkanın mərkəzində dayaqdan "İSA-3" tankını oğurladığı barədə hələ mayın əvvəlində məlumat yayılmışdı.

Terrorçular tanka NSV və DŞK pulemyotları quraşdırmışdı.


Müəllif: